8 may 2008-ci il tarixində Sankt-Peterburq şəhərinin Petroqradsk rayonunun administrasiyasının nümayəndələlərinin, deputatların, diaspora və azərbaycan gəncləri hərəkatı nümayəndələlərinin iştirakı ilə Baş Konsulluq tərəfindən Kamenoostrovskiy prospekt 27 ünvanında yerləşən dahi Azərbaycan şairi və filisofu Nizami Gəncəvi heykəlinin yanında Azərbaycannın Ümümmilli Lider H. Əliyevin 85-llik yubileynə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbirdə çixiş edən natiqlər Azərbaycanın Prezidenti H. Əliyev və Rusiyanın Prezidenti V. Putinın iştirakı ilə 2002-ci ildə açilmış heykəlin 'Sankt-Peterburq şəhərinə qiymətsiz hədiyyə' kimi qiymətləndirmiş və H. Əliyevin Sankt-Peterburq şəhərinə rəsmi səfərinə dair xatirələrini bəxs etmişdirlər .
10 may 2008-ci il tarixində Sankt-Peterburq administrasiyasının nümayəndələrinin, deputatların, diaspora və azərbaycan gəncləri hərəkatı nümayəndələrinin, Sankt-Peterburq sakinlərinin iştirakı ilə Qoroxovaya 6 ünvanında yerləşən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirə lovhəsi yanında dahi siyasətçinin 85-illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir. Tədbirdə çixiş edən Baş Konsul Q.Osmanov və azərbaycanlıların Sankt-Peterburqdakı milli muxtariyatının Sədri V.Məmişov həyatını Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş düniya şöhrətli siyasətçinin Azərbaycan-Rusiya arasında dostluq və qardaşlıq əlaqələrin yaradılmasında əvəzsiz rolundan söhbət açmışdırlar. Sankt-Peterburq administrasiyasının Xarici əlaqələr Komitəsinin Sədri A.Proxorenko çixış zamanı H.Əliyevin 2002-ci ildə Sankt-Peterburq şəhərinə səfərindən və həmin səfər zamanı Azərbaycanın Prezidenti Rusiyanın Prezidenti V.Putin ilə birgə Nizami Gəncəvinin heykəlinin açılması mərasimdə iştirakı barədə məlumat vermişdir. Bundan əlavə diaspora nümayəndələri dahi siyasətçinin 2002-ci ildə Sankt-Peterburqa səfəri zamanı diaspora aktivi ilə görüşünü xatırlayaraq, H.Əliyevin həmin tədbirdə verdiyi nəsiyyətləri laiqincə həyata keçirilməsi və şəhərdə diasporanın gündən-günə güclənməsi barədə söhbət açmışdırlar. Tədbir zamanı azərbaycanlı uşaqlar H.Əliyevə və Azərbaycana həsr olunmuş şerlər söyləmişdirlər. Ümümmilli Lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Baş Konsulluq Azərbaycanın Ümümmilli Lideri H. Əliyevin Sankt-Peterburq şəhərində 85 illik yubileyinə dair tədbirlərin silsiləsini davam etdirir.
12 may tarixində Baş Konsulluq Rusiya Milli Kitabxanası ilə birgə 'Heydər Əliyev-85' adlı tədbir (Ümümmilli liderə həsr olunmuş kitabların və H. Əliyevin nitqlərinin sərqisi, Sankt-Peterburq Dövlət Universitetinin alimlərinin və disapora nümayəndələrinin çixışları, H. Əliyevə həsr olunmuş sənədli filmin nümayiş olunması) keçiriləcəkdir.
 
|