www.azerbaijan.spb.ru
îÁ ÇÌÁ×ÎÕÀ ëÁÒÔÁ ÓÁÊÔÁ E-mail
÷ÙÂÏÒ ÑÚÙËÁ
1   Baş konsulun müraciəti
2   Xəbərlər
3   Azərbaycan Respublikası
4   Azərbaycanın ümummilli lideri
5   Azərbaycan Respublikasının Prezidenti
6   Dağlıq Qarabağ
7   Peterburq-Azərbaycan əlaqələri
8   Reqional münasibətlər
9   Konsulluq məsələləri
10   Baş Konsulluğun əməkdaşları
11   Əlaqə
12   Foto
13   Faydalı linklər
  Peterburq-Azərbaycan əlaqələri  

Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqa səfər edəcəkdir.
Milli Məclisin sədri Oqtay Əsədov mayın 30-da Sank-Peterburqa səfər edəcəkdir. Səfərdən məqsəd MDB Parlament Assambleyasının ümumi iclasında iştirak etməkdir.
Milli Məclisin mətbuat katibi Akif Nəsirov demişdir ki, nümayəndə heyətinin tərkibinə parlamentin regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə, hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, deputatlardan Rafael Hüseynov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev daxildirlər.
İyunun 1-dək davam edəcək səfər çərçivəsində Oqtay Əsədovun bir neçə ölkənin parlament sədrləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Milli Məclis sədrinin Avropa Şurası Parlament Assambleyasının sədri Rene Van der Lindenlə planlaşdırılan görüşündə ölkəmizlə qurum arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avropaya inteqrasiyası və digər məsələlər müzakirə olunacaqdır.
Səfər çərçivəsində Ümumavropa əməkdaşlığı məsələlərinə dair beynəlxalq konfransın açılşı da olacaqdır.

Sankt-Peterburqda 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan şəhərin Şuvalov sarayında 28 May - Respublika günü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Tədbirdə Sankt-Peterburq administrasiyasının xarici əlaqələr komitəsinin sədri A.Proxorenko, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri və soydaşlarımız iştirak etmişlər.
Çıxış edənlər Azərbaycan xalqını əlamətdar gün münasibətilə ürəkdən təbrik etmişlər. Bundan əlavə, tədbirdə Sankt-Peterburq şəhərinin qubernatoru, xanım V.Matviyenkonun və Leninqrad vilayətinin qubernatoru V.Serdyukovun təbrik məktubları oxunmuşdur.

Sankt-Peterburqda Ümummilli liderimiz Heydər Əliyevin doğum günü münasibətilə böyük tədbir keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu mayın 15-də 'Ledovıy' sarayında Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyatının təşkilatı dəstəyi ilə ümummilli liderimiz Heydər Əliyevin doğum günü münasibətilə böyük tədbir keçirilmişdir. Dövlətimizin üçrəngli bayrağının ucaldıldığı salonda əvvəlcə dövlət himnimiz səsləndirilmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, baş konsul Qüdsi Osmanovun, Sankt-Peterburqun qubernatoru V.Matviyenkonun, diplomatik korpus təmsilçilərinin iştirak etdikləri tədbirdə ulu öndər Heydər Əliyevin siyasi həyatından, Azərbaycanın rifahı, çiçəklənməsi, qüdrətli müstəqil dövlətə çevrilməsi naminə gördüyü işlərdən, xaricdə yaşayan soydaşlarımıza olan yüksək diqqət və qayğısından bəhs edilmişdir.
Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və yaradıcılığından, 1949-50-ci illərdə Leninqrad şəhərində təhsil illərindən bəhs edən film nümayiş olunmuşdur.
Sonda Azərbaycanın və Rusiyanın estrada ulduzları 15 min nəfər tamaşaçı qarşısında geniş proqram ilə çıxış etmişlər.

Sankt-Peterburqda görkəmli şərqşünas alim Teodor Şumovskinin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilmişdir. Aprel 2007.š

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan aprelin 21-də görkəmli şərqşünas, tarix elmləri doktoru Teodor Şumovskinin həyat və yaradıcılığına həsr olunmuş 'Dörd ölkə - bir tale' adlı tədbir keçirilmişdir.
1913-cü ildə Ukraynada anadan olan T.Şumovski, iki yaşında ikən ailəsi ilə birlikdə Azərbaycana köçmüşdür. Onun gələcək peşəsi məhz Azərbaycanda yaşaması ilə bağlı olmuşdur. Şamaxıda qədim əlyazmalar ilə tanış olan T.Şumovski müqəddəs 'Qurani-Kərim'i rus dilinə elmi və bədii tərcümə etmişdir.
S
ankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanının, alimlərin, mədəniyyət xadimlərinin iştirak etdikləri tədbirdə çıxış edən baş konsul Qüdsi Osmanov, Azərbaycanın görkəmli şərqünaslarının, o cümlədən Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin, habelə Əlimərdan bəy Topçubaşovun, Aidə xanım İmanquliyevanın və T.Şumovskinin elmi fəaliyyətlərindən söz açmışdır.
Bildirilmişdir ki, onlar təkcə Azərbaycanın deyil, bütün dünya şərqşünaslıq və ərəbşünaslıq elmində mühüm iz qoymuşlar. Tədbirdə T.Şumovskinin 'Şərqdən işıq' kitabının təqdimatı da olmuşdur. Sonda konsert proqramı nümayiş olunmuşdur.
94 yaşı haqlamış alim Azərbaycan Respublikasının baş konsulluğu tərəfindən ona göstərilən qayğıya görə təşəkkürünü bildirmişdir.

Sankt-Peterburqda Nizami Gəncəvinin a
bidəsinin olduğu parkda iməcilik k
eçirilmişdir. Aprel 2007.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu aprelin 21-də Sankt-Peterburq şəhəri Petroqradsk rayonunun 'Aptekarskiy ostorov' bələdiyyə dairəsinin rəhbərliyi ilə birgə Nizami Gəncəvinin abidəsinin olduğu parkda iməcilik keçirilmişdir.
Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, 'Aptekarskiy ostorov' bələdiyyə dairəsinin rəhbəri M.Priplad, bələdiyyə üzvləri, rayon deputatları, Sankt-Peterburq şəhərindəki Azərbaycan milli-mədəni muxtariyyatının icraçı direktoru A.Qasımov, soydaşlarımız, yerli sakinlər iştirak etmişlər.

Sankt-Peterburqda r
us dilində nəşr edilmiş 'Qərbi Azərbaycan Tarixi' kitabının təqdimatı o
lmuşdur. Mart 2007.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundanšmartın 31-də - Azərbaycanlıların soyqırmı ilə əlaqədar baş konsulluq tərəfindən rus dilində yeni nəşr edilmiş 'Qərbi Azərbaycan tarixi' kitabının təqdimatı olmuşdur.
Mərasimdə Sankt-Peterburqun tanınmış tarixçi, şərqşünas və qafqazşünas alimləri, Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri, Rusiya Milli Kitabxanasının rəhbər şəxsləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, azərbaycanlıların milli-mədəni muxtariyyatının rəhbərləri iştirak etmişlər.
Kitabın nümunələri tədbir iştirakçılarına paylanmış, Rusiyanın Şimal-Şərq regionundakı kitabxanalara və ictimai təşkilatlara göndərilmişdir.

Sankt-Peterburqda Şərq Poeziyası gecəsi keçirilmişdir. Mart 2007.

Sankt-Peterburqdakı A.Petrov adına teatr-konsert zalında məşhur yazıçı D.Qraninin təşəbbüsü, Sankt-Peterburq Rektorlar Şurası, Ziyalılar Konqresi və Azərbaycanın baş konsulluğunun təşkilati dəstəyi ilə şərq poeziyası axşamı keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundanštədbirdə baş konsul Q.Osmanov, şəhərdəki ali məktəblərin rektorları, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər və tələbələr iştirak etmişlər.
Poeziya axşamında tələbələrin və tanınmış aktyorların ifasında şərq şairlərinin, o cümlədən Azərbaycan şairlərinin şeirləri səsləndirilmişdir. Azərbaycanlı tələbələr Nizami Gəncəvinin qəzəllərini və poemalarından parçalar ifa etmişlər.
Bundan əlavə, Sankt-Peterburq şəhərində yaşayan muğənni S.Sədiyev R.Behbudovun repertuarından mahnılar oxumuşdur.
Tədbirin sonunda Rusiyanın əməkdar artisti L.Novojilov S.Vurğunun 'Şair, nə tez gocaldın sən' şeirini və S.Yeseninın 'Persidskiye motivı' silsiləsindən şeirlərini səsləndirmişdir.

Kinoforumun devizi 'Yaşamaq Vaxtıdır'.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunu martın 30-da burada 'Yaşamaq vaxtıdır' devizi ilə ikinci beynəlxalq sosial kinoforum başlanır. Forumun proqramına Rusiya filmlərinin geniş panoramı, xarici filmlərin retrospektivi, habelə sosial kino nümayişləri daxildir.
Kinoforumun artıq ənənəvi olan müsabiqə proqramına bədii, sənədli filmlər, animasiya filmləri, Azərbaycan, Rusiya, Avstriya, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Hollandiya, Litva, İsveçrə, Belçika, Almaniya, Qazaxıstan və Çinin gənc kinematoqrafçılarının filmləri daxildir. Ölkəmizin Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilati dəstəyi ilə müsabiqəyə Azərbaycan rejissorları, bir sıra beynəlxalq kinobaxışların iştirakçıları Nəsimi Əliyevin 'Çıxış' və Teymur Daiminin 'Qara cənnət' filmləri təqdim edilmişdir.
Aprelin 8-dək davam edəcək festivalın qaliblərinin adları da həmin gün elan olunacaqdır.

Sankt-Peterburq Milli Kitabxanasına Azərbaycan haqqında kitablar hədiyyə edilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu martın 15-də baş konsul Qüdsi Osmanov Sankt-Peterburq Milli Kitabxanasının baş direktoru V.Zaytsev və kitabxananın beynəlxalq əlaqələr şöbəsinin müdiri A.Asvaturovla görüşmüşdür.
Görüşdə Sankt-Peterburq Milli Kitabxanası ilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq sazişinin bağlanması, həmçinin Sankt-Peterburq Milli Kitabxanasında Azərbaycan nəşrləri bölməsinin açılması məsələləri müzakirə olunmuşdur.
V.Zaytsev bildirmişdir ki, SSRİ dağıldıqdan sonra Sankt-Peterburq Milli Kitabxanasına Azərbaycan nəşrləri rəsmi şəkildə daxil olmamışdır. Bundan əlavə, Rusiya və Azərbaycan arasında gömrük sahəsindəki probemlər də kitab mübadiləsinə əngəllər törətmişdir.
Tərəflər gələcəkdə kitab mübadiləsinin diplomatik kanallarla həyata keçirilməsinin mümkünlüyünü müzakirə etmişlər.
Görüşdə Sankt-Peterburq Milli Kitabxanasının arxivində saxlanılan Azərbaycan nəşrlərinin nümunələri, o cümlədən Nizami, Füzuli, Mahmud Arifi, Süleyman Ərdəbilinin əsərlərinin XVI-XVII əsrə aid orijinal nüsxələri nümayiş etdirilmişdir.
Baş konsullluq tərəfindən kitabxanaya Azərbaycanın ümummili lideri Heydər Əliyev, Azərbaycanın müasir dövrü, Xocalı soyqırımı haqqında kitablar, habelə Nizami Gəncəvinin Ukrayna dilinə tərcümə olunmuş silsilə şeirlər kitabını hədiyyə edilmişdir.

Xocalı Soyqırımına hüquqi qiymət verilməsi üçün Sankt-Peterburqda BMT-yə, ATƏT-ə, Avropa Şurasına ünvanlanmış bəyanat qəbul edilmişdir. Fevral 2007.
Xocalı soyqırmının 15-ci ildönümü ilə əlaqədar Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu Beloselskix-Belozerskix sarayında veteranların, şəhər və vilayət rəsmilərinin, elm, təhsil və mədəniyyət xadimlərinin, alman, xorvat, tatar, yəhudi, ukrayna, özbək, inquş icmaları nümayəndələrinin, milli-mədəni muxtariyyətinin fəallarının iştirakı ilə tədbir keçirmişdir.
T
ədbir Sankt-Peterburq universitetlərində təhsil alan azərbaycanlı tələbələrin Xocalı soyqırımına dair şeirlər oxuması ilə başlamışdır. XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilmiş, erməni vəhşiliklərini əks etdirən sənədli film nümayiş olunmuşdur. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırmının 15-ci ildönümü ilə əlaqədar xalqa müraciəti oxunmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bildirmişdir ki, tədbirin keçirilməsindən əsas məqsəd dünya ictimaiyyətinə Xocalı soyqırımı barəsində obyektiv məlumatların çatdırılmasıdır. Diplomat Prezident İlham Əliyevin müdrük siyasəti nəticəsində Azərbaycanın güclü bir dövlətə çevrildiyini bildirmişdir.
Milli mədəni muxtariyyət qurumunun sədri V.Məmişov, Sankt-Peterburq şəhəri Millətlər Liqasının prezidenti H.Tsakiyev, Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri A.Fərzəliyev, D.Savin, 'Qarabağ' beynəlxalq assosiasiyasının prezidenti R.Ağayev, Kolpin rayonu rəsmisi A.Andreyev və başqaları Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı soyqırımını bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndirmişlər. Bundan əlavə, Xocalı soyqırımına hüquqi qiymət verilməsi ilə əlaqədar tədbir iştirakçıları dünyanın nüfuzlu təşkilatlarına - BMT-yə, ATƏT-ə, Avropa Şurasına ünvanlanmış bəyanət qəbul etmişlər.
Sankt-Peterburq şəhərində təhsil alan azərbaycanlı gənclər adından müraciət oxunmuş, Sankt-Peterburq Dövlət Universitetinin aspirantı S.Məmmədovun 'Soyqırımına hüquqi qiymət' mövzusunda məruzəsi dinlənilmişdir.
Tədbir Sankt-Peterburqun nüfuzlu 'Regionalnoe televidenie' və '5-y Kanal' televiziya kanallarında geniş işıqlandırılmışdır.

'Sankt-Peterburq Dövlət Universiteti - Əcnəbilərin Gözü İlə' fotosərgisində azərbaycanlı tələbələrin də çəkdiyi fotoşəkillər nümayiş etdirilmişdir. Fevral 2007.
Fevralın 14-də Sankt-Peterburqdakı Mariya sarayında Sankt-Peterburq Qanunvericilik Məclisi və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən 'Tolerantlıq' proqramı çərçivəsində 'Sankt-Peterburq Dövlət Universiteti-əcnəbilərin gözü ilə' 1-ci fotosərgisi keçirilmişdir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan bildirmişlər ki, sərgidə universitetdə təhsil alan xarici tələbələrin, o cümlədən iki azərbaycanlı tələbənin foto işləri nümayiş etdirilmişdir.

Sankt-Peterburqda Azərbaycanın Milli Kitabxana bölməsi açılmışdır. Dekabr 2006.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun M.Y.Lermontov adına mərkəzi kitabxana ilə birgə fəaliyyəti nəticəsində dekabrın 19-da kitabxananın Qoroxovo, 41 ünvanında yerləşən filialında 'milli kitabxana' bölməsi açılmışdır.
Açılış mərasimində baş konsul Qüdsi Osmanov gələcəkdə kitabxananın Azərbaycan bölməsinin daha da genişləndiriləcəyini, Azərbaycan mədəni irsinin Sankt-Peterburq şəhərində tanınması üzrə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır. Kitabxananın müdiri S.Sereyçik Azərbaycan bölməsinin açılmasını ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafında böyük rol oynayacağını vurğulamışdır.
Baş konsulluq Azərbaycan Respublikasının müasir həyatını, mədəni irsini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixini, erməni təcavüzünün acı nəticələrini, azərbaycanlıların soyqırımını, ümummilli lider Heydər Əliyevin həyatını və fəaliyyətini, müdrik siyasətini əks etdirən kitabları, həmçinin Azərbaycan şairləri və yazıçılarının bədii əsərlərini kitabxanaya hədiyyə etmişdir.

Sankt-Peterburqda Ümummilli lider Heydər Əliyevin anımšgünü münasibətilə tədbirlər keçirilmişdir.
Dekabrın 12-də Sankt-Peterburqda ümummilli lider Heydər Əliyevin vəfatının 3-cü ildönümü ilə əlaqədar anma mərasimi keçirilmişdir. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun və bu şəhərdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətinin təşəbbüsü ilə keçirilən mərasimdə Sankt-Peterburq Administrasiyası xarici əlaqələr və turizm komitəsinin sədri A.Proxorenko, Rusiya Federasiyasının Şimal-Qərb regionundakı müsəlmanların dini rəhbəri C.Ponçayev, respublikamızın Rusiyanın şimal paytaxtındakı baş konsulu Q.Osmanov, azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri V.Məmişov, sədr müavini Ə.Salmanov, icraçı direktor A.Qasımov, Azərbaycan, Qazaxıstan, Ukrayna, xorvat, alman və yəhudi diasporlarının nümayəndələri, yerli sakinlər iştirak etmişlər.
Mərasimin iştirakçıları qarşısında çıxış edən baş konsul Qüdsi Osmanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən söhbət açmışdır. Sankt-Peterburq Administrasiyası xarici əlaqələr və turizm komitəsinin sədri A.Proxorenko Heydər Əliyevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında xidmətlərini xüsusi qeyd edərək, dahi rəhbərin ölkələrimizin ikitərəfli əlaqələrində əsil dönüş yaratdığını vurğulamışdır. Azərbaycanlıların milli-mədəni muxtariyyətinin sədri V.Məmişov ulu öndər Heydər Əliyevin Azərbaycan diasporuna diqqət və qayğısından söhbət açmışdır.
Mərasim ümummilli lider Heydər Əliyevin xatirə lövhəsinin önünə gül dəstələrinin qoyulması ilə başa çatmışdır.
Sonra şəhərin 'Kurakin' sarayında ehsan süfrəsi açılmışdır. Təxminən 300 nəfərin iştirak etdiyi tədbirdə dahi rəhbərin ruhuna Qurandan ayələr oxunmuş, ümummilli lider haqqında videofilm nümayiş etdirilmişdir.

Azərbaycanin Sankt-Peterburqdakı Baş Konsulu 'üÈÏ íÏÓË×Ù' radiosuna müsahibə vermişdir. Dekabr 2006.

Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğunun baş konsulu Qüdsi Osmanov canlı efirdə 'üÈÏ íÏÓË×Ù' radiosuna müsahibə vermiş, dinləyicilərin suallarını cavablandırmışdır.
Q.Osmanov Azərbaycanda Rusiya İli çərçivəsində keçirilən tədbirlər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin inkişafı, Azərbaycan-Rusiya münasibətləri haqqında danışmışdır.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış qaçqın və məcburi köçkün probleminə toxunan diplomat, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, Azərbaycan rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu demişdir.
Baş konsul bir daha bəyan etmişdir ki, Ermənistan Respublikasının yaratdığı qeyri-qanuni hərbi rejimin Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionunda keçirmək istədiyi qondarma 'konstitusion referendum' danışıqlar prosesinə ciddi zərbə vurur və bunun heç bir hüququ əsası yoxdur. Rusiyanın Krasnodar, Stavropol vilayətlərində də ermənilərin yığcam yaşadıqlarını diqqətə çatdıran Q.Osmanov, gələcəkdə onların bu ərazilərdə də müstəqil erməni dövləti yaratmaq niyyətlərinin istisna edilmədiyini xüsusi vurğulamışdır.

"Azərbaycan Tarına 1000 ildir" adlı tədbir. Noyabr 2006.
Noyabrın 5-də Azərbaycan šRespublikasının šSankt-Peterburq şəhərindəkiš Başš Konsulluğununštəşəbbüsü ilə bu şəhərin ŞeremetyevošSarayınınšmusiqišmuzeyində 'Tarın 1000 illiyi' adlı tədbirškeçirilib. Bu barədə 'Trend'ə Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan məlumat verilib. Tədbirdə Sankt-Peterburq şəhər Konservatoriyasının musiqi üzrə professorları I.Qureviç, M.Lobanov və İ.Alaşevski, muzeyin tar alətləri üzrə şöbə müdiri I.Koşelev, Baş Konsulluğun əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər, iştirakçılara tarın musiqi aləti kimi yaradılması tarixi barədə söhbət açaraq, dünya mədəniyyətinin zənginləşməsində Azərbaycan tarının əhəmiyyətini qeyd ediblər.
Baş Konsul Qüdsi Osmanov Azərbaycan Respublikasının Dağlıq Qarabağ vilayətinin Şuşa şəhərində yaşamış dahi tarzən Mirzə Sadıxın və Bakıda yaşamış dahi tarzən Mirzə Fərəc Rza haqqında şöhbət açıb, Heydər Əliyev Fondunun Azərbaycan irsinin qorunub saxlanılmasında böyük rolunu xüsusi vurğulayıb. Ondan sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfiri Polad Bülbüloğlunun tədbir iştirakçilara müraciəti səsləndirilib. I.Koşelev muzeydə olan 31 tar nümunələrini tədbir iştirakçilarına nümayiş etdirib və tar haqqında məruzə edib. Tədbirin musiqi hissəsində Sankt-Peterburq şəhərində tanınmış musiqi ustası, azərbaycanlı tarzən Faiq Çələbi, skripka ustası Iladimir Şulyakovski, violonçel ifaçısı I.Sobolenko, klavesinndə çalan B.Rodçenkov, gitara və sarodda çalan Sergey Həsənov Avropa və Asiya klassik bəstəkarlarının musiqilərini ifa ediblər. Həmçinin musiqiçilər improvizasiya səpkidə Azərbaycan və Avropa musiqilərinin sintezləşdirilmiş üslubda da ifa ediblər. Musiqi proqramının sonunda tarzən Faiq Çələbinin ifasında 'Bayatı Şiraz', 'Qarabağ Şikəstəsi' və digər Azərbaycan klassik və xalq musiqiləri səsləndirilib. Tədbirdə təxminən 180 nəfərdən ibrət qonaqlar iştirak edib və musiqi gecəsi yerli kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılıb.

Sankt-Peterburqda Azərbaycan Ədəbiyyatəšvə İncəsənəti ilə bağlı tədbir keçirilmişdir.

Azərbaycanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğu fevralın 11-də şəhər administrasiyası nəzdində 'Rektorski klub' təşkilatında Azərbaycan ədəbiyyatı və incəsənəti ilə bağlı tədbir keçirilmişdir.
Sankt-Peterburq universitetlərinin rektorlarının, yazıçıların, bəstəkarların, rəssamların, tanınmış politoloqların, jurnalistlərin, şəhər administrasiyasının, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan mahnıları, Nizami Gəncəvinin və Fizulinin şeirləri oxunmuş, milli rəqslərimiz ifa olunmuşdur.

Sankt-Peterburqda Milli Birlik Günü qeyd edilmişdir. Noyabr 2006.
Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu noyabrın 4-də Rusiya Federasiyasında Milli Birlik gününün qeyd olunması ilə əlaqədar Sankt-Peterburqda da bayram tədbirləri keçirilmişdir. Şəhərin qədim rayonlarından olan Petroqradskda Nizami Gəncəvinin abidəsi qarşısında keçirilən tədbirdə baş konsul Qüdsü Osmanov, Ukraynanın Sankt-Peterburqdakı baş konsulu N.Rudko, Petroqradsk rayon administrasiyanın başçısı A.Delyukin, Petroqradsk rayonunun deputatları, Azərbaycan və Ukrayna diasporunun, Kareliya muxtar dairəsinin nümayəndələri, sakinlər iştirak etmişlər. Tədbir iştirakçıları Nizami Gəncəvi və Taras Şevçenkonun abidələri qarşısına gül dəstələri qoymuşlar. Çıxışlarda çoxmillətli Sankt-Peterburqun gündən-günə çiçəkləndiyi, müxtəlif millətlərin nümayəndələrinin mehriban dostluq və qardaşlıq şəraitində yaşadıqları xüsusi vurğulanmışdır. Q.Osmanov gənc nəslə belə münasibətləri inkişaf etdirməyi və qorumağı tövsiyə etmişdir. Sonra Azərbaycan və Ukrayna milli xörəklərindən ibarət süfrələr açılmış və musiqi proqramı olmuşdur. Sankt-Peterburq sakinləri L.Məmmədovanın və S.Sədiyevin ifasında N.Gəncəvinin sözlərinə bəstələnmiş və R.Behbudovun repertuarından mahnılar səslənmişdir. Şəhər rəsmiləri səmimi dostluq münasibətlərinin inkişaf etdirilməsinə görə Azərbaycanın Baş konsulluğuna minnətdarlıqlarını bildirmişlər.

Sankt-Peterburq mədəniyyət günlərinin Azərbaycanda keçirilməsi.
Cari ilin 20-24 noyabr tarixlərində Azərbaycan Respublikasında Rusiya ili çərçivəsində Sankt-Peterburq administrasiyasının təşəbbüsü və dəstəyi ilə respublikada mədəniyyət günlərinin keçirilməsi planlaşdırılır. Sankt-Peterburq şəhərinin vitse-qubernatoru cənab S.B.Tarasovun və Sankt-Peterburq administrasiyasının mədəniyyət komitəsinin sədri cənab Y.V.Burovun başçılıqı altında keçiriləcək tədbirdə Sankt-Peterburq Mariinsk teatrının və Musorqski adına opera və balet teatrının məşhur ifaçılarının iştirakı ilə böyük konsert proqramının keçiriləcəyi gözlənilir.

Sankt-Peterburqda Avropa İrsi Günləri.
Cari ilin 21-23 sentyabr tarixlərində Rusiya Federasiyasının Avropa Şurasının Nazirlər Komitəsində Sədirliyi çərçivəsində Avropa irsi günləri keçiriləcək. Bu tədbirdə Avropa mədəniyyət konvensiyasına qoşulmuş 49 ölkənin nümayəndələri iştirak edəcək. Avropa irsi günlərinin rəsmi açılış mərasimində iştirak etmək üçün Azərbaycan tərafindən Mədəniyyət və turizm nazirinin müavini xanım S.Məmmədəliyeva və Baş Konsul Q.Osmanov dəvət olunublar. Rusiya Federasiyası tarafindən Sankt-Peterburq şəhərinin vitse-qubernatoru cənab M.Oseyevskiy, Rusiya Federasiyasının mədəniyyət və kütləvi kommunikasiyalar nazirinin müavini cənab A.Busıqin, nazirliyin əməkdaşı cənab P.Pojiqaylo, AŞ-nın Baş Katibinin müavini cənab Mod de Bur-Bukikko, Avropa Komissiyasının mədəniyyət və təhsil məsələləri üzrə baş direktor cənab Odil Kenten və digər rəsmi şəxslər iştirak edəcəklər. Məlumat üçün qeyd etmək istərdik ki Avropa irsi günləri 1991-ci ildə Avropa Şurası tərəfindən təsis olunmuşdur. 1999-cu ildən etibarən bu tədbirlər Avropa Şurası və Avropa İttifaqı ilə birlikdə keçirilir.

Sankt-Peterburqda keçirilən 'Qızıl Payız' yarmarkasında Azərbaycan da təmsil olunmuşdur.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğu sentyabrın 9-da burada 'Qızıl payız' yarmarkası keçirilmişdir.
Dahi Nizami Gəncəvinin abidəsi ucaldılmış meydanda başlanan təntənəli mərasimdə Azərbaycan icmasının nümayəndələri də iştirak etmişlər.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Rusiyanın mədəniyyət mərkəzi sayılan bu şəhərdə Nizaminin abidəsinin olmasından hər bir azərbaycanlının qürur hissi duyduğunu bildirmiş, xalqlarımız arasında dostluq münasibətlərindən danışmışdır.
Tədbirdə 'Çinar' rəqs ansamblı milli rəqslərimizi ifa etmiş, məktəbli soydaşımız L.Məmmədova isə 'Odlar yurdu' və 'Azərbaycan' mahnılarını oxumuşdur.
Şəhər rəhbərliyi ilə baş konsulluq arasında yaranmış dostluq əlaqələri çərçivəsində yaxın vaxtlarda Nizami Gəncəviyə həsr olunmuş bir sıra tədbirlərin keçirilməsi də qərara alınmışdır.

191024, Sankt-Peterburq, 2-ci Sovetskiy küç.27
(812) 717-38-91,(812) 717-39-91
E-mail: info@azconsul.spb.ru