Cari ili 10 may tarixində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ili münasibəti ilə Baş konsulluğun təşkilatçılığı, Ümumrusiya Azərbaycanlıları Konqresinin regional nümayəndəliyi və “Naxçıvan” Azərbaycanın dostları milli-mədəni birliyinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki barilyefi önündə xatirə mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan diasporunun fəalları, Sankt-Peterburqda təhsil alan azərbaycanlı tələbələr, Rusiya ictimaiyyətinin nümayəndələri və Baş konsulluğun diplomatları iştirak etmişdirlər. Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin barilyefi önünə gül dəstələri qoymuşlar, onun şərəfli həyat və fəaliyyəti barədə çıxışlar etmişdilər.
İştirakçılar qarşısında çıxış edən Baş konsul Elşad Qulamov Ümummilli lider Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın banisi olduğunu, onun müdrik siyasəti nəticəsində Respublikamızın qısa müddətdə surətlə inkişaf etdiyini və beynəlxalq aləmdə tanındığını qeyd etmişdi. Diplomat Heydər Əliyevin gələcək nəsillər üçün möhkəm dövlətçilik mirasını qoyduğunu və bu zəngin irsin qorunub saxlanacağını bildirmişdi. Baş konsul E.Qulamov həmçinin qeyd etdi ki, Heydər Əliyev siyasətinin uğurlu davamçısı Prezident İlham Əliyevin düşünülmüş islahatları nəticəsində müasir Azərbaycan çoxşaxəli inkişaf yolunu davam etdirir və bölgədə lider mövqe qazanmış ölkəyə çevrilib. Ölkəmizin elm, mədəniyyət və idman sahələrində beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini iştirakçıların nəzərinə çatdıran diplomat cari ilin iyun ayında ilk dəfə məhz Bakıda keçiriləcək “Bakı Avropa Oyunları”nın ölkəmizin nüfuzun bariz nümunəsi olduğunu vurğulamışdı.
Tədbirin davamında Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasındakı nümayəndəsi Aydın Cəfərov, “Sankt Peterburqun Azərbaycan diasporu” ictimai təşkilatın sədri, Smolnı İnstitutunun keçmiş rektoru Heydər İmanov və “Naxçıvan Azərbaycanın dostları” milli-mədəni cəmiyyətinin rəhbəri İdris Qəhrəmanov çıxış etmişdir. Öz çıxışlarında onlar bildirdilər ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qurucusudur, həyat və fəaliyyətini Azərbaycan xalqına həsr etmiş görkəmli siyasət xadimidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı istiqamətində daima çalışdığını qeyd edən iştirakçılar, onun müdrik siyasəti və uzaqgörənliyi nəticəsində hələ 60-80-cı illərdən başlayaraq çox sayda azərbaycanlı gənclərin SSRİ-nin aparıcı təhsil ocaqlarında təhsil aldıqlarını və gələcəkdə müstəqil Azərbaycan üçün yüksək səviyyəli peşəkar kadrların yetişdirildiyini bildirdilər. Heydər Əliyevin xaricdə yaşayan həmvətənlərə daima böyük qayğı göstərdiyini və “azərbaycançılıq” ideyasının banisi olduğunu vurğuladılar, Azərbaycan diasporunun birliyinin məhz Ümummilli lider Heydər Əliyevin əməyi nəticəsində ərsəyə gəldiyini qeyd etdilər. Çıxış edənlər Heydər Əliyev irsinin və siyasətinin bu gündə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın yeni nailiyyətlərə imza atdığını bildirdilər. Ümummilli lider Heydər Əliyevin 92 illiyi münasibəti ilə Sankt-Peterburqun geniş oxucu kütləsinə malik “Komsomolskaya Pravda” qəzetinin internet səhifəsində onun həyat və fəaliyyətini işıqlandıran “Heydər Əliyev: dövranın şəxsiyyəti” məqaləsi yayımlanmışdır. http://www.spb.kp.ru/daily/26378/3257868/.
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı
Baş konsulluğunun mətbuat xidməti